Fransada FFP2 maskalarına tələbat kəskin artıb

Fransada həftənin əvvəlindən etibarən FFP2 maskalarının satışında ciddi artım müşahidə olunur. Buna səbəb Atlantik okeanında keçirilən kruiz səfərindən sonra qeydə alınan şübhəli Hantavirus yoluxma halları ilə bağlı yaranan narahatlıqdır.
Bir sıra apteklər müvəqqəti məhsul çatışmazlığı yaşandığını bildirir.
Azturkxeber.az xəbər verir ki, topdansatış mərkəzlərinin açıqlamasına görə, son günlər rekord satış qeydə alınıb. Belə ki, cəmi üç gün ərzində 15 min qutu maska satılıb. Halbuki adi dövrdə həftəlik satış təxminən 2 min 400 qutu təşkil edirdi.
Əczaçılıq sektorunda fəaliyyət göstərən mənbələrin sözlərinə görə, son bir neçə gündə apteklərdə maskalara olan tələbat təxminən beş dəfə artıb.
Bununla belə, səhiyyə qurumları ölkədə hər hansı epidemiyanın olmadığını vurğulayır. Xəstəxanaya yerləşdirilmiş 26 nəfərin test nəticələrinin hamısı mənfi çıxıb və son günlər yeni yoluxma faktı təsdiqlənməyib.
Rəsmi qurumlar nəzarət və tibbi müşahidə mexanizmlərinin fəaliyyətini davam etdirdiyini, vəziyyətin isə tam nəzarət altında olduğunu bildirir.
Azturkxeber.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: