“Azərpoçt” MMC-nin Mərkəzi Poçt Şöbəsinə məktəblilərin növbəti ekskursiyası təşkil olunub.



“Azərpoçt” MMC-nin “Poçta ekskursiya” layihəsi çərçivəsində 132-134 saylı Liseyin IB bölməsinin 5-ci sinif şagirdləri Mərkəzi Poçt Şöbəsinə ekskursiya ediblər.
Azturkxeber.az xəbər verir ki, ekskursiyada şagirdlərə poçt rabitəsinin tarixi, inkişaf yolu və hazırda göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.
Ekskursiyanın sonunda məktəblilər yaxınlarına məktub yazaraq poçt qutusuna atıblar.
Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən mütəmadi olaraq şagirdlərin poçt məntəqələrinə ekskursiyası təşkil olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: