Heydər Əliyev Mərkəzi Azərbaycanın müasir şəhərsalma siyasətinin və memarlıq inkişafının mühüm göstəricilərindən biridir. Dünyada analoqu olmayan bu çoxfunksiyalı memarlıq abidəsi həm memarlıq, həm də funksional baxımdan nadir nümunə kimi seçilir və müasir dizayn yanaşmasını özündə birləşdirir. Bu möhtəşəm memarlıq əsəri bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişlə gələcək arasında davamlı bağlılığı və Bakı şəhərinin müasir simasını təcəssüm etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.