azturkxeber.az
http://azturkxeber.az

*Sumqayıtda yol polisi “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirib*

14-05-2026

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində “Təmiz hava aylığı” çərçivəsində maarifləndirici tədbir keçirib. Tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan nasazlıqların aradan qaldırılmasının vacibliyi diqqətə çatdırılıb.
Azturkxeber.az-a verilən məlumata görə, sürücülərlə profilaktik söhbətlər aparılıb, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılmasının ətraf mühitin qorunması və insan sağlamlığı baxımından əhəmiyyəti izah olunub. Tədbirlər çərçivəsində əsas diqqət yol hərəkəti iştirakçıları arasında məsuliyyətli davranışın formalaşdırılmasına, nəqliyyat vasitələrinin texniki sazlığının təmin olunmasına və ətraf mühitin mühafizəsinə yönəldilib.
Xatırladaq ki, “Təmiz hava aylığı” ilə bağlı yol polisləri tərəfindən tədbirlər davam etdirilir.
https://www.youtube.com/watch?v=MeUxBwM0L-g






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031