azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Aparatında könüllü fəaliyyətini başa vuran bir qrup gəncin mükafatlandırılması mərasimi keçirilib

14-05-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında könüllü fəaliyyətini başa vuran bir qrup gənclə görüş keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, görüş zamanı Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə həyata keçirilən könüllülük proqramı barədə ətraflı məlumat verilib.
Eyni zamanda, ölkəmizdə gənclərin inkişafına yönəlmiş dövlət siyasətindən bəhs edilib, Ombudsman Aparatında könüllü fəaliyyət göstərmiş gənclərin bir qisminin nüfuzlu yerli və xarici ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olunduğu, digər hissəsinin isə dövlət və özəl sektorda işlə təmin edildiyi qeyd olunub.
Həmçinin könüllülərin proqram müddətində qazandıqları təcrübə və biliklərlə maraqlanılıb, onların cəlb olunduqları beynəlxalq təlim və inkişaf imkanlarına toxunulub. Eləcə də gənclərin fikirləri dinlənilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb və müvafiq tövsiyələr verilib.
Yekunda “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi öhdəliklərini uğurla başa vuran gənclərə Ombudsman tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi üzrə könüllülük proqramında fəal iştiraka görə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, könüllülük proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Kaspi Universitetində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə təhsil almış könüllülər təsisatın müxtəlif struktur bölmələrində təcrübə keçib, Ombudsmanın insan hüquqlarının müdafiəsi və təşviqi sahəsindəki fəaliyyəti ilə yaxından tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031