azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Tibb Universitetində kamandan oxatma idman növünün inkişafı və gələcək perspektivlər müzakirə olunub

14-05-2026

Mayın 13-də Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ilə Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov arasında işgüzar görüş keçirilib.
Azturkxeber.az-ın məlumatına görə, görüş zamanı tərəflər arasında əvvəllər imzalanmış memorandum və müqavilə çərçivəsində uğurla icra olunan layihələr nəzərdən keçirilib, həmçinin qarşılıqlı fəaliyyətin gələcək istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rektor Gəray Gəraybəyli çıxışında idman ənənələrinin formalaşması və sağlam həyat tərzinin təbliğində bu kimi əməkdaşlıqların müstəsna əhəmiyyətini vurğulayıb. Kamandan oxatma üzrə birgə layihələrin icrasına görə Federasiya rəhbərliyinə təşəkkürünü bildirən rektor, tələbələr arasında bu idman növünə olan yüksək marağın gözləntiləri üstələdiyini xüsusi qeyd edib. Eyni zamanda, görüşdə inklüzivliyin təmin edilməsi və fiziki məhdudiyyətli şəxslərin idmana cəlb olunması üçün müvafiq şəraitin yaradılmasına hər zaman dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə Universitetin İnzibati-təsərrüfat işləri üzrə prorektoru İlqar Mehrabov, "Təbib" Tədris İdman Mərkəzinin rəhbəri Qələndər Aslanov, Federasiyanın Yarışların təşkili və klublarla iş şöbəsinin müdiri Kamran Həsənzadə və mətbuat katibi Aynur Hüseynova da iştirak ediblər. Müzakirələrin sonunda tərəflər tələbə idmanının inkişafı və kütləviliyin artırılması istiqamətində birgə addımların davam etdiriləcəyini vurğulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031