Avropa çempionatında 3 güləşçimiz üçün bürünc medal şansı
Azturkxeber.az xəbər verir ki, Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.
Bu gün qadın güləşi üzrə 40, 46, 53, 61 və 69 kq-da yarışa start verilib.
Gülxanım Şirinova (40 kq) debütdə rusiyalı Zlata Koreşovaya uduzub – 3:12.
Nuray Cəfərli (46 kq) makedoniyalı Frosina Atanasova (tuş) və macarıstanlı Vivyen Sentpalı (7:3) mübarizədən kənarlaşdırsa da, yarımfinalda polşalı Yuliya Palka 0:3 hesabıyla məğlub olub. Nuray sabah bürünc medal uğrunda güləşəcək.
Fatimə Bayramova (53 kq) türkiyəli Ecrin Salik (tuş) və ukraynalı Kamilla Pihordan (6:3) güclü olub. Ancaq yarımfinalda macarıstanlı Mariya Jitovozla bacarmayıb – 0:10. Fatimə sabah üçüncülük uğrunda görüşə çıxacaq.
Fidan Babayeva (61 kq) 1/8 finalda isveçrəli İnez Airaksinenə “tuş”la uduzub.
Simurə Abdullayeva (69 kq) bolqarıstanlı Nataliya Tasevaya “tuş”la qalib gəlsə də, 1/4 finalda türkiyəli Kıymet Tezcana 6:17 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz sabah təsəlliverici görüşə çıxacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.