azturkxeber.az
http://azturkxeber.az

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xızı şəhərində vətəndaşları qəbul edib

14-05-2026






Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
 Azturkxeber.az xəbər verir ki, 14 may 2026-cı il tarixində Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı Xızı və Siyəzən rayon sakinlərinin müraciətləri dinlənilib.
Müraciətlər arasında uşaqla ünsiyyət, işlə təmin olunma, sosial dəstəyin göstərilməsi, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli və digər məsələlər yer alıb.
Qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031