azturkxeber.az
http://azturkxeber.az

Fudokan Karate üzrə 28-ci Avropa Çempionatı: Azərbaycan karateçilərindən Avropada möhtəşəm nəticə

13-05-2026

Rumıniyanın Sfantu Gheorghe şəhərində Fudokan karate üslubu üzrə böyüklər arasında 28-ci Avropa çempionatı, həmçinin uşaqlar, yeniyetmələr və gənclər arasında Avropa birinciliyi keçirilib.
Azturkxeber.az xəbər verir ki, yarışda Azərbaycan komandası Fudokan karate üslubu üzrə nümayəndə Vüsal Abdullazadə və üslub üzrə baş məşqçi Bəşir Mahmudovun rəhbərliyi altında çıxış edib.
Yarışda Babək Qələmzadə fərdi kumite üzrə böyüklər arasında mütləq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb.
Avropa birinciliyində isə Elmir Kazımzadə (10-11 yaş, 40 kq), Qorxmaz Səfərli (14-15 yaş, 65 kq), Rəvan Şirinov (16-17 yaş, 65 kq), Elton Əliyev (16-17 yaş, 75 kq), Mehdi Abdullayev (16-17 yaş, +75 kq) və Tahir Ələkbərov (U-21, +75 kq) birinci yeri tutublar.
Ayxan Pirquluyev (16-17 yaş, 65 kq) üçüncü, Əli Hacıyev (U-21, 75 kq) isə ikinci yeri qazanıb.
Qeyd edək ki, yarışda Avropanın 22 ölkəsindən 985 idmançı iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031