6 iyundan etibarən sərnişinlər artıq Azərbaycan Dəmir Yolları-nın yeni istifadəyə verilmiş Dərnəgül dayanacağından da regionlara rahat və birbaşa qatar səfərlərinə çıxa biləcəklər.
Bu barədə Azturkxeber.az-a ADY mətbuat xidmətindən verilən məlumata görə, yeni dayanacaqdan aşağıdakı istiqamətlər üzrə reyslər həyata keçiriləcək:
Bakı – Qazax – Bakı
Bakı – Ağstafa – Bakı (əlavə reyslər)
Bakı – Balakən – Bakı
Bakı – Qəbələ – Bakı
Sərnişinlər biletləri ADY-nin rəsmi saytı
“ADY Mobile” tətbiqi və ya dəmiryol kassaları vasitəsilə əldə edə bilərlər.
Yeni marşrutlarla səyahət daha əlçatan və komfortlu olacaq.
Azərbaycan Dəmir Yolları bütün sərnişinlərə xoş və rahat səfərlər arzulayır!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.