azturkxeber.az
http://azturkxeber.az

DİN BNMİ-nin əməliyyatı zamanı 42 kq narkotik vasitə və 460 ədəd psixotrop tərkibli həb aşkarlanıb

13-05-2026

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.
Bu barədə Azturkxeber.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxt və ətraf ərazilərdə keçirilən tədbirlərlə əvvəllər məhkum olunan 41 yaşlı Anar Əsədov və 30 yaşlı Taleh Muradov saxlanılıblar. Onlardan 42 kiloqram 690 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 460 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin Bakı və Sumqayıt şəhərlərində narkokuryerlik etdikləri müəyyən edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Youtube linki - https://www.youtube.com/watch?v=4hIIv7Z7zN0






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031