azturkxeber.az
http://azturkxeber.az

Salyanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü böyük ehtiramla yad edilib

12-05-2026

Salyanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü böyük ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd olundu.
Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri.
Günay Ağamalı öz " Facebook" hesabınada paylaşım edib.
Paylaşımda bildirilib ki, Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdik, ruhuna dualar oxuyub əziz xatirəsini ehtiramla yad etdik.
Tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın xilaskarı və müasir Azərbaycanın banisidir. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin müəyyən etdiyi siyasi kurs uğurla davam edir, Azərbaycan daha da güclənir, beynəlxalq nüfuzu artır, tarixi ədalət təmin olunur.
Rəsmi hissədən sonra keçirilən konsert proqramında səslənən vətənpərvərlik ruhlu musiqilər tədbir iştirakçılarına xüsusi duyğular yaşatdı. Xalqımızın birliyi, milli həmrəyliyi bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyev ideyaları xalqımızı yaşadır.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031