azturkxeber.az
http://azturkxeber.az

4SİM-in dəstəyi ilə ADA Universiteti DİF-in “Strateji İntellekt” platformasına qoşulub

12-05-2026

ADA Universitetinin bu platformada təmsil olunması ölkənin akademik və analitik potensialının qlobal bilik ekosisteminə inteqrasiyası və elmi nailiyyətlərin auditoriyasının genişləndirilməsi baxımından mühüm addım hesab olunur.
Azturkxeber.az xəbər verir ki, “Strateji İntellekt” platformasının 1 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi var. Platformada Harvard, Yel, Oksford universitetləri və KAİST institutu da daxil olmaqla 400-dən artıq akademik tərəfdaş məzmun təqdim edir.
“Strateji İntellekt” yüzlərlə qlobal problemin və onların qarşılıqlı əlaqələrinin xəritəsini təqdim edən süni intellekt əsaslı təhlil platformasıdır. Bu platforma istifadəçilərə müxtəlif mövzular üzrə əsas məsələləri daha geniş perspektivdə analiz etməyə və qlobal tendensiyaları anlamağa imkan yaradır. Məlumatlar “transformasiya xəritəsi” adlanan interaktiv və dinamik vizuallaşdırma formatında təqdim olunur. Bu xəritələr 300-dən çox mövzunu əhatə edir və iqtisadiyyat, sənaye, iqlim, enerji və digər sahələr üzrə qlobal çağırışlar arasındakı əlaqələri araşdırmağa imkan verir.
ADA Universiteti ölkəmizdən platformaya qoşulan 4-cü məzmun təminatçısıdır. 2025-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi və Bakı Mühəndislik Universiteti məzmun təminatçısı kimi platformaya qoşulublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031