Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndərin xatirəsini yad edib
Müasir Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: