Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Fəxri Xiyabanı ziyarət edib.
Agentlikdən bildirilib ki, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:




