azturkxeber.az
http://azturkxeber.az

Yevlaxda əməliyyatlar: 20 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

27-06-2025

Yevlaxda əməliyyatlar: 20 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

Yevlaxda əməliyyatlar keçirən polis 20 kiloqram müxtəlif növ narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar qətiyyətlə davam etdirilir. Son ay ərzində keçirilən tədbirlər nəticəsində şübhəli şəxs qismində 16 nəfər saxlanılıb. Onlardan 20 kiloqrama yaxın heroin, metamfetamin, tiryək və marixuana kimi narkotik vasitələr aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərin barəsində cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30