azturkxeber.az
http://azturkxeber.az

Astarada qəza baş verib, motosiklet sürücüsü ölüb

09-02-2025

Astarada qəza baş verib, motosiklet sürücüsü ölüb


Astarada yol-nəqliyyat hadisəsi baş verib, motosiklet sürücüsü ölüb.

Hadisə səhər saatlarında Ələt-Astara avtomobil yolunun Ərçivan qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Avsəl Ocaqovun idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsi Nizami Əskərovun idarə etdiyi motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü Nizami Əskərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728