azturkxeber.az
http://azturkxeber.az

Təyyarə qəzasında həlak olanlar bu gün dəfn ediləcəkləri ünvanlara çatdırılacaq

29-12-2024 Baxılıb: 2

IMG

“Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olmuş soydaşlarımızın nəşləri növbəti mərhələdə Vətənə gətirildi. Onların nəşləri xüsusi ayrılmış avtomobillərlə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələrinə aparılacaq”.

Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov jurnalistlərə müsahibəsində deyib.

Ə.Həsənov bildirib ki, nəşlərin müayinəsi üçün birliyin üç şöbəsi ayrılıb: “Şərifzadə küçəsində yerləşən Patoloji Anatomiya Bürosu, Sabunçu rayon şöbəsi və Nəsimi rayon şöbəsində nəşlər müayinə olunacaq, məhkəmə-tibbi ekspertizası aparılacaq. Sonra rəy tərtib edilərək Baş Prokurorluğun İstintaq İdarəsinə təhvil veriləcək. Morqlardan cənazələr bu gün ərzində dəfn ediləcəkləri ünvanlara çatdırılacaq”.

Xatırladaq ki, 21 sərnişin və 3 ekipaj üzvünün nəşi Aktaudan Bakıya gətirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031