azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın təşəbbüsü əsasında Brayl əlifbası ilə maarifləndirici vəsait hazırlanıb

04-01-2025 Baxılıb: 4

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin mühüm istiqamətlərindən biri də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlıdır.
Ombudsman Səbinə Əliyevanın təşəbbüsü əsasında 4 Yanvar - Ümumdünya Brayl Əlifbası Günü ilə əlaqədar görmə qabiliyyəti tam məhdud şəxslər üçün Brayl əlifbası ilə "İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm" adlı xüsusi maarifləndirici vəsait hazırlanıb.

AzTurkxeber.az-ın məlumatına görə, ölkə ərazisində fəaliyyət göstərən, görmə qabiliyyəti tam məhdud şəxslərin yaşadığı və təhsil aldığı xüsusi müəssisələrin sakinləri və bu kateqoriyadan olan digər şəxslər üçün nəzərdə tutulmuş vəsaitdə Müvəkkilin mandatı, səlahiyyətləri, Milli Preventiv Mexanizm fəaliyyəti, eləcə də Ombudsmana müraciət üsulları barədə məlumatlar qeyd olunub.
Qeyd edək ki, görmə qabiliyyəti məhdud şəxslərin hüquq və azadlıqlarının təmini, onların zəruri vəsaitlərlə təmin olunması daim diqqət mərkəzindədir.

Mətbuat xidməti






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031