azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanda türkiyəli ekspertlərlə pestisidlərə dair müzakirələr aparılıb

06-01-2025 Baxılıb: 1

Bitki mühafizə vasitələrinin (pestisidlərin) qeydiyyatı və dövriyyəsinin izlənilməsi üzrə Türkiyədən olan ekspertlər Meltem Büyükyavuz və Cem Ərdoğan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) və agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.

Bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşlərdə respublikamızda bitki mühafizə vasitələrinin qeydiyyatı və idxalı ilə bağlı prosedurlar, həmçinin pestisidlərin istehsalı və dövriyyəsinə nəzarət tədbirləri nəzərdən keçirilib. Türkiyədə həyata keçirilən analoji prosedurlar diqqətə çatdırılıb. Eyni zamanda, iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılması və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb.

Qonaqlar pestisidlərin qeydiyyatı zamanı dövlət sınağının aparılmasına dair iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına da baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Türkiyədən olan ekspertlər AQTA ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ölkəmizdəki nümayəndəliyinin birgə əməkdaşlıq etdiyi “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində ölkəmizə səfər ediblər. Səfər ölkəmizdə pestisidlərin dövlət qeydiyyatına alınması prosesinin və dövriyyəsinə nəzarət mexanizminin təkmilləşdirilməsi məqsədilə reallaşdırılıb. Türkiyədən olan ekspertlər AQTA və AQTİ ilə yanaşı, pestisidlərin qeydiyyatı və dövriyyəsi ilə əlaqədar digər müvafiq qurumlarda da görüşlər keçiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031