azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə naziri Astara rayonunda vətəndaşları qəbul edəcək

07-01-2025 Baxılıb: 3

 

Ədliyyə naziri Fərid Əhmədov 17 yanvar 2025-ci il tarixində Astara rayonunda Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon sakinlərini qəbul edəcək.

AzTurkxeber.az-ın məlumatına görə, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 16 yanvar tarixinədək Lənkəran regional ədliyyə idarəsinə (ünvan: Lənkəran şəhəri, Nizami küçəsi 1, əlaqə telefonu: +994 25-255-44-91) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanları var.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031