Kubada hərbi ləvazimatların olduğu anbarda baş verən partlayışdan sonra ilkin təsbitlərə görə 13 əsgərdən xəbər alınmadığı bildirilib.
Kuba İnqilabçı Silahlı Qüvvələr Nazirliyinin verdiyi açıqlamada, Holguin əyalətinin Melones bölgəsindəki anbarda naməlum səbəbdən hərbi materialların partladığı bildirilib.
Açıqlamada partlayışdan sonra 13 əsgərdən xəbər alınmadığı, çoxlu sayda axtarış-xilasetmə qrupunun bölgəyə göndərildiyi bildirilib.
Səlahiyyətlilər itkin düşən hərbçilərin ailələrinə məlumat verildiyini və Silahlı Qüvvələrin hadisənin həllinə maksimum diqqət yetirdiyini vurğulayıb.
Holguin Əyalət Müdafiə Şurası və Silahlı Qüvvələr Nazirliyi tərəfindən görülən tədbirlər çərçivəsində hadisə yerinə yaxın ərazilərdə yaşayan 500-ə yaxın insan ehtiyat tədbiri olaraq təxliyə edilib.