azturkxeber.az
http://azturkxeber.az

Çin ordusu zəlzələ zonasına 2 min köməkçi qüvvə göndərib

08-01-2025 Baxılıb: 0

IMG

Çin silahlı qüvvələri dağıdıcı zəlzələnin baş verdiyi Tibet Muxtar Rayonuna 2 minə yaxın adam göndərib.

azturkxeber.az xarici mediaya istinadla xəbər verir ki, yüksək seysmik aktivliyin baş verdiyi Şiqatse şəhərinə 1,6 mindən çox əsgər və zabit, o cümlədən 380-dən çox polis gedib. Onlar dərhal axtarış-xilasetmə işlərinə başlayıblar.

Zəlzələ zonasına hərbi qulluqçulardan əlavə, 3 minə yaxın çadır, çarpayı, generator, 2,5 mindən çox yataq ləvazimatları göndərilib. Bildirilib ki, təhlükəli ərazilərdən 1,2 mindən çox insan təxliyə edilib.

Dağıntılar altında qalmış insanların axtarışı davam edir, yolların təmizlənməsi işləri aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031