Xaçmaz sakinindən avtomat aşkarlanıb
Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Rüstəm Qeybullayevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.
AzTurkxeber.az-ın məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Ondan 3 ədəd patron və gizlətdiyi yerdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə R.Qeybullayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.