Almaniya hökumətinin açıqladığı “Yaşlanma hesabatı”na əsasən, yaşı 80-dən çox olan əhalinin sayının 6 milyon nəfərdən 2050-ci ilədək 8-10 milyon nəfərə çatacağı gözlənilir.
azturkxeber.az yerli mediaya istinadla xəbər verir ki, əhalinin yaşlanması ilə birlikdə qayğıya ehtiyacı olanların da sayının da artacağı bildirilir. Bu qəbildən olan şəxslərin sayının 2055-ci ilədək 7,6 milyon nəfərə çatacağı ehtimal edilir.
Hesabatda yaşlıların həyat şəraiti, maddi imkanları, sahib olduqları əmlak, tibbi xidmətlərin əlçatanlığı və yoxsulluq səviyyəsi də nəzərə alınıb. Yaşı 65-dən çox olan əhalinin 17-19 faizinin yoxsulluq təhdidi altında olduğu ehtimal edilir.