Elvin Nəzərova hökm oxundu
İnanclı Elvin Nəzərova hökm oxunub. Yanvarın 9-da Şəki Ağır Cinayətlər Məhkəməsi inanclı barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxıb.
AzTurkxeber.az xəbər verir ki, şahidlərin dindirilməsindən sonra son qərar elan edilib. Hakim ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Elvin Nəzərlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.