azturkxeber.az
http://azturkxeber.az

Çində viral respirator infeksiyalara yoluxma halları artıb

09-01-2025 Baxılıb: 0

IMG

Çində 2024-cü ilin dekabr ayından etibarən tənəffüs yollarına təsir edən insan metapnevmovirusu (HMPV) daxil olmaqla, viral tənəffüs yoluxucu infeksiyalara yoluxma hallarında əhəmiyyətli artım müşahidə olunub.

Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatlarına əsaslanaraq, Avropa Xəstəliklərə Nəzarət Mərkəzi (ECDC) açıqlamasında Çində HMPV də daxil olmaqla viral tənəffüs yoluxmalarında kəskin artım olduğunu bildirib.

Açıqlamada Avropa İttifaqı və Avropa İqtisadi Bölgəsi daxilində tənəffüs yoluxucu virusların, xüsusilə qripin səbəb olduğu halların artdığı, lakin ilin bu dövrü üçün bu artımın qeyri-adi və ya gözlənilməz olmadığı bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris Çində HMPV-nin gözlənildiyi kimi qış aylarında artdığını izah edərək deyib ki, bu günə qədər ölkədə ən çox görülən infeksiya qripdir və bu nisbət getdikcə artır.

HMPV-nin ilk dəfə 2001-ci ildə təsbit edildiyini ifadə edən Harris bu virusun qış və yaz aylarında adi hala çevrildiyini və adətən soyuqdəyməyə bənzər simptomlar göstərdiyini izah edib. 

Harris HMPV-nin zəif immun sistemi olan insanlarda, yeni doğulmuşlarda və yaşlılarda daha ciddi xəstəliklərə səbəb ola biləcəyini, lakin ölüm nisbətinin çox aşağı olduğunu ifadə edərək, ehtiyat tədbiri olaraq maska taxmağı, qapalı yerləri havalandırmağı və əlləri yumağı tövsiyə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031