azturkxeber.az
http://azturkxeber.az

Lənkəranda istehlaka yararsız içki və qida məhsulları aşkarlanıb

09-01-2025 Baxılıb: 0

IMG

Lənkəran şəhəri, M.Mustafaxan küçəsi, 20B ünvanında yerləşən Baxşızadə Elnur Şahin oğluna məxsus “ZZ Şərab №1” mağazasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş planlı yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı içki və qida məhsulu aşkarlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək istehlaka yararsız ümumilikdə 60,5 litr içki və 1,4 kiloqram qida məhsulunun satışının qarşısı alınıb.

Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031