azturkxeber.az
http://azturkxeber.az

Boliviyada şiddətli yağışlar 16 nəfərin ölümünə səbəb olub

09-01-2025 Baxılıb: 0

IMG

Ötən ilin noyabr ayından bəri davam edən yağış və daşqınlar Boliviyada azı 16 nəfərin ölümü ilə nəticələnib.

azturkxeber.az xəbər verir ki, Boliviyanın müdafiə nazirinin müavini Xuan Karlos Kalvimontesin sözlərinə görə, təbii fəlakət ölkədə böyük dağıntılar törədib və 36 bələdiyyəyə çiddi ziyan vurub. La-Pas departamentinin qərbində yerləşən Apolo, La-Asunta və Luribay bələdiyyələrində daşqınların nəticələrinin aradan qaldırılması üçün “təbii fəlakət” rejimi elan olunub.

Ölkənin doqquz departamentindən səkkizi hava şəraiti ilə bağlı problemlər barədə məlumat verib. Eyni zamanda, noyabr ayından bəri qeydə alınan şaxta və dolu beş departamentə zərər vurub.

Ölkənin meteorologiya xidməti yağışlı mövsümün aprel aylınadək davam edəcəyini proqnozlaşdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031