azturkxeber.az
http://azturkxeber.az

İzmir körfəzində yosun təbəqəsi əmələ gəlib

09-01-2025 Baxılıb: 0

IMG

İzmir körfəzində yerləşən Çakalburnu gölündə dəniz suyunun tərkibindəki azot və fosforun miqdarı artdıqca yosunlar suyun üzərində təbəqə əmələ gətirir. 

Flamingo da daxil olmaqla bir çox quş növünə ev sahibliyi edən Balçova rayonundakı lagün yosun təbəqəsi səbəbindən yaşıllaşıb.
Alimlər dəniz yosunlarının xüsusilə sənaye və kənd təsərrüfatı fəaliyyətlərinin sıx olduğu bölgələrdə suyun çirklənməsi səbəbindən meydana gəldiyini deyirlər. 

Mütəxəssislərin fikrincə, İzmir körfəzində dəniz yosunu kimi  çirklənməyə davamlı növlərin həddindən artıq çoxalmasının qarşısını almaq üçün iş quru mühitindən başlanmalı, tullantı sularının yaxşı təmizlənməsi təmin edilərək qida elementlərinin daxil olmasının qarşısı alınmalıdır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031