Azərbaycan Cüdo Federasiyası ilin idman federasiyası adına layiq görüldu
Yanvarın 9-u Gənclər və İdman Nazirliyi tərəfindən 2024-cü ilin ən yaxşı idmançılarının, məşqçilərinin və idman ictimaiyyəti nümayəndələrinin mükafatlandırılması ilə bağlı qala mərasimi keçirilib.
AzTurkxeber.az xəbər verir ki, 2024-cü ilin “Ən Yaxşıları” sorğusunun yekun nəticələrinə əsasən Azərbaycan Cüdo Federasiyası ilin idman federasiyası adına layiq görülüb.
Paris-2024 Yay Olimpiya oyunlarının qızıl mükafatçısı Hidayət Heydərov ilin ən yaxşı kişi idmançısı seçilib.
İlin ən yaxşı kişi idmançısı nominasiyasında 2-ci yerin sahibi Olimpiya çempionu Zelim Kotsoyev olub.
Riçard Trautman 2024-cü ilin ən yaxşı kişi məşqçisi nominasiyasının qalibi seçilib.
Cüdo üzrə milli komanda ilin kişilərdən ibarət milli komandası nominasiyasında 2-ci yerin sahibi olub.
”Doğru Yol Budur” layihəsi çərçivəsində hazırlanan “Bir də gəlsəm” videoçarxı ilin idman videoçarxı seçilib.
İlin tibb personalı nominasiyasında 3-cü yerin sahibi cüdo üzrə milli komandaların baş həkimi Ramil Vəliyev olub.
Bakı Böyük Dəbilqə turniri ilin idman tədbiri nominasiyasında 3-cü yerdə qərarlaşıb.
Azərbaycan Cüdo Federasiyası cüdo ailəsinin üzvlərinin əldə etdiyi nailiyyətləri qiymətləndirən və dəstək olan hər kəsə təşəkkürünü bildirir!