azturkxeber.az
http://azturkxeber.az

İtaliyanın bu kəndində xəstələnmək qadağandır

08-01-2025 Baxılıb: 0

IMG

İtaliyanın cənubundakı Kalabriya regionunun Katanzaro əyalətindəki Belkastro kəndində sakinlərin xəstələnməsi qadağan olunub.

azturkxeber.az xəbər verir ki, bələdiyyə sədri Antonio Torçianın imzaladığı qərarla kənd sakinlərinə təcili yardım və tibbi müdaxilə tələb edən hər hansı xəstəliyə yoluxmamaq və mümkün qədər evdə qalaraq istirahət etmək tapşırılıb.

Bu qərarın yumoristik addım olduğunu deyən bələdiyyə sədri məqsədin bölgənin səhiyyə sistemindəki çatışmazlıqlara diqqət çəkmək olduğunu bildirib. Qeyd edib ki, kənddəki 1200-dək sakinin təxminən yarısı 65 yaşdan yuxarıdır və buradakı növbətçi tibb məntəqəsi fasilələrlə fəaliyyət göstərir. Kəndə ən yaxın təcili yardım xidməti isə 45 kilometr uzaqlıqda yerləşir və buraya gedən yolda sürət həddi saatda 30 kilometrdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031