Los-Ancelesdə güclü küləklərin təsiri ilə ətrafa yayılan meşə yanğını səbəbindən təxminən 30 min nəfərin təxliyyə qərarı verilib.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, quru hava şəraiti ilə birlikdə güclü külək nəticəsində Los-Ancelesdə meşə yanğınları başlayıb.Sakit Okean Palisades bölgəsində baş verən yanğında təxminən 3 min hektar ərazi məhv olub,təxminən 30 min insan üçün təxliyə əmri verilib.
Kaliforniya qubernatoru Gavin Nevsom verdiyi açıqlamada yanğınla mübarizə səylərinin davam etdiyini və Los-Ancelesdə "fövqəladə vəziyyət" elan edildiyini bildirib.