azturkxeber.az
http://azturkxeber.az

Qəbələdə baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb

01-02-2025

Qəbələdə baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb


Qəbələ rayonunun Tövlə kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, yanvarın 31-də saat 20 radələrində Qəbələ rayonunun Tövlə kəndində “VAZ-2106” və “VAZ-2101” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişin - 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin -1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı Emin Muşdaqov xəsarət alıblar. Həmçinin digər avtomobilin sürücüsü, 30 yaşlı Aqasif Qəribli və sərnişin - 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov xəsarət alıblar.

Ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728