azturkxeber.az
http://azturkxeber.az

USAID-in bütün ölkələrdəki işçiləri məzuniyyətə göndərilib

05-02-2025

USAID-in bütün ölkələrdəki işçiləri məzuniyyətə göndərilib


Vacib hesab edilənlər istisna olmaqla, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün ölkələrdəki işçiləri məzuniyyətə göndərilib.

Bu barədə təşkilatın saytında elan edilib.

İşə davam edəcək əməkdaşlara fevralın 6-dək məlumat veriləcəyi bildirilib. Agentliyin xaricə ezam olunmuş əməkdaşlarına geri qayıtmaq üçün 30 gün vaxt verilib.

Qeyd edək ki, agentliyin saytı bir neçə gündür fəaliyyətini dayandırıb. Hazırda sayta yalnız sözügedən elan yerləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728