azturkxeber.az
http://azturkxeber.az

ABŞ Qəzza zolağında idarəçiliyi üzərinə götürmək istəyir

05-02-2025

ABŞ Qəzza zolağında idarəçiliyi üzərinə götürmək istəyir


ABŞ Prezidenti Donald Tramp ölkəsinin Qəzza zolağı üzərində idarəçiliyi üzərinə götürmək niyyətində olduğunu açıqlayıb.

Bu barədə o, Vaşinqtonda səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz bu ərazidə idarəçiliyi üzərimizə götürəcəyik və oradakı təhlükəli partlamamış bombaların və digər silahların zərərsizləşdirilməsinə görə məsuliyyət daşıyacağıq”,- deyə Tramp bildirib.

O əlavə edib ki, ABŞ dağıdılmış binaları bərpa edəcək, ərazidəki insanlar üçün saysız iş yerləri və yaşayış məkanı yaradacaq iqtisadi inkişafı təmin edəcək.

Qeyd edək ki, bu gün Tramp fələstinliləri xoşbəxt ola biləcəkləri və güllələnməyəcəkləri evlərə köçməklə Qəzzanı tərk etməyə çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728