Pakistan və Qırğızıstan prezidentlərinin Çinə səfəri başlayıb
Fevralın 4-də Pakistan Prezidenti Asif Əli Zərdari və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Çinə dövlət səfəri başlayıb.
Hər iki dövlət başçısının təyyarəsi Pekin hava limanına enib.
Pakistan liderinin səfəri fevralın 8-dək, Qırğızıstan Prezidentinin səfəri isə fevralın 7-dək davam edəcək. Hər iki lider səfər çərçivəsində 9-cu Asiya Qış Oyunlarının Harbin şəhərində keçiriləcək açılış mərasimində də iştirak edəcək.