azturkxeber.az
http://azturkxeber.az

İsrail mətbuatında Azərbaycana aid məqalə dərc olunub

05-02-2025

 

İsraildə fəaliyyət göstərən “R-A-G Esegim – Gurevich Communications” şirkətinin rəhbəri, tanınmış jurnalist və  politoloq Roman Qureviçin İsrailin “Yerusəlim post” və “9TV” xəbər saytlarında “Yəhudilərin, İsrailin dünya xalqları ailəsində həqiqi dostları varmı?” başlıqlı məqaləsi işıq üzü görüb. 

AzTurkxeber.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məqalədə İsrailin beynəlxalq ictimaiyyətdə həqiqi müttəfiqlərinin olub-olmaması müzakirə edilib, həmçinin qlobal antisemitizmin artması, beynəlxalq təşkilatların “mənəvi uğursuzluqları” ilə bağlı narahatlıqlar qələmə alınıb. 

Müəllif bu tendensiyaları Azərbaycan İsrail əlaqələri ilə müqayisə edərək, ölkəmizdə yəhudilərə göstərilən tolerant münasibəti ön plana çəkib. İsrailə qarşı getdikcə artan düşmənçilik fonunda, Azərbaycanın etibarlı müttəfiq olduğunu qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728