azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın BMT yanında daimi nümayəndəsi etimadnaməsini Baş katibə təqdim edib

05-02-2025


Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Tofiq Musayev bu gün etimadnaməsini təşkilatın Baş katibi Antonio Quterreşə təqdim edib.

Görüş zamanı Tofiq Musayev Azərbaycana son səfərlərinə və Bakıda İqlim Sammitinin uğur qazanmasında əvəzsiz roluna görə Baş katibə təşəkkürünü bildirib. Daimi nümayəndə Azərbaycanın BMT-yə davamlı dəstəyini və təşkilatın məqsəd və prinsiplərinə uzunmüddətli sadiqliyini qeyd edib. O, həmçinin Azərbaycanın sülh və ədalətin təşviqinə, beynəlxalq hüququn möhkəmləndirilməsinə, çoxtərəflilik prinsipinin təbliğinə və dayanıqlı inkişaf gündəliyinin həyata keçirilməsinə öz töhfəsini verməyə davam etmək əzmini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728