azturkxeber.az
http://azturkxeber.az

Audiovizual Şura “MTV” və “Dünya TV” kanallarla bağlı qərar qəbul etdi

05-02-2025

 

Audiovizual Şura “MTV” və “Dünya TV” kanallarının yayımının 3 saatlıq dayandırılması haqqında qərarlar qəbul etmişdir.
 AzTurkxeber.az -ın məlumatına görə, 5 fevral tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının son günlərdə "MTV" və "Dünya TV" kanallarında aşkarlanan pozuntu faktlarına həsr olunmuş video-formatda iclası keçirilmişdir.

03 fevral 2025-ci il tarixində, saat 21.28-də "MTV" kanalının efirində yayımlanan "Doktor Seyfəddin Əsəd Klinikası"na aid reklam çarxında həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin, həmin reklam materialında "Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir" ifadəsindən istifadə olunmuş və "Reklam haqqında" Qanunun 6-cı maddəsinin tələbləri pozularaq haqsız reklama yol verilmişdir.

Bundan əlavə, 03 fevral 2025-cü il tarixində, saat 19.40-da "Dünya TV" kanalının  efirində yayımlanan "Sabirabad Klinikası"na aid reklam çarxında da həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməmiş, bununla da "Reklam haqqında" Qanunun 4.3-cü maddəsinin tələbi pozulmuşdur.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq hər iki televiziya kanalının proqramlarının 7 fevral 2025-ci il tarixində, saat 08.00-11.00 arası 3 saatlıq dayandırılması haqqında müvafiq qərarlar qəbul etmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728