azturkxeber.az
http://azturkxeber.az

Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub

05-02-2025

 

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova Niderlandda beynəlxalq səviyyədə öz layihələrini təqdim ediblər.

BANM-dən bildirilib ki, “Startupbootcamp” akselerasiya proqramında ən yaxşı layihə seçilən “Climasel” xarici mentorlar tərəfindən də müsbət rəylər alıb.

Səfər çərçivəsində tələbələrimiz təlimlərə qatılıb, digər startap müəllifləri ilə əlaqələr qurub, eləcə də təcrübə mübadiləsi aparıblar. Bundan başqa, biznes modellərini təkmilləşdirmək imkanı əldə ediblər.

2000 layihə arasından seçilən “CLIMASEL” üçün 25 min avro investisiya ayrılıb. Layihə binalarda enerji sərfiyyatını azaldan və sabit temperaturun qorunmasını təmin edən bioəsaslı faza dəyişən materiallar əsasında hazırlanan “Climasel” panelləri istehsal edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728