azturkxeber.az
http://azturkxeber.az

İsveçdə məktəbdə baş vermiş atışmada on nəfərin həlak olması faktı təsdiqlənib

05-02-2025

İsveçdə məktəbdə baş vermiş atışmada on nəfərin həlak olması faktı təsdiqlənib


İsveçin mərkəzi Orebro şəhərindəki məktəbdə baş verən kütləvi atışmada on nəfərin həlak olması faktı təsdiqlənib.

Bu barədə İsveçin Baş naziri Ulf Kristersson çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, bu hadisə ölkə tarixində ən dəhşətli kütləvi atışmadır.

İsveç polisi çərşənbə axşamı təhsil mərkəzində günorta saatlarında baş verən atışmada atəş açan şübhəlinin də öldüyünü bildirib.

İstintaq və axtarışlar davam etsə də, səlahiyyətlilər qurbanların dəqiq sayının qeyri-müəyyən qaldığını deyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728