İndoneziya sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb
İndoneziya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 101 min insanın yaşadığı Ternate şəhərindən 99 kilometr şimal-qərbdə
yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.