azturkxeber.az
http://azturkxeber.az

DSMF beynəlxalq müsabiqədə “İlin ən yaxşı pensiya fondu” ali mükafatına layiq görülüb

05-02-2025

DSMF beynəlxalq müsabiqədə “İlin ən yaxşı pensiya fondu” ali mükafatına layiq görülüb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) “The International 100 Awards 2025” beynəlxalq müsabiqəsində uğur qazanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Birləşmiş Krallıqda yerləşən “The International 100 Magazine” beynəlxalq qurumunun təşkil etdiyi müsabiqədə DSMF-də son illər aparılan islahatlar beynəlxalq ekspertlər tərəfindən yüksək balla qiymətləndirilib.

Beləliklə, DSMF müsabiqənin qalibləri sırasına daxil edilərək “İlin ən yaxşı pensiya fondu” ali mükafatına layiq görülüb.

Müsabiqədə DSMF ilə yanaşı, Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit okean hövzəsi regionundan 500-dən çox qurum təmsil olunub.

“The International 100 Magazine” 2016-cı ildən unikal yanaşmaları ilə seçilən qurumlar arasında müsabiqələr keçirir və innovativ layihələri, uğurları ilə fərqlənən qurumları müəyyənləşdirərək təqdir edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728