azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda əmanət qoyuluşu və nağdsız dövriyyədə də müsbət dinamika davam edir

06-02-2025

 

Naxçıvanda əmanət qoyuluşu və nağdsız dövriyyədə də müsbət dinamika davam edir. 

1 yanvar 2025-ci il tarixə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən əhalidən cəlb edilmiş müddətli əmanətlərin həcmi 25 milyon 500 min manat təşkil etmişdir ki, bu da 1 yanvar 2024-cü ilin göstəricisi ilə müqayisədə 8 milyon 677 min manat və ya 1.5 dəfə çoxdur. Cəlb edilmiş bu növ əmanətlərin 94.4 faizi və ya 24 milyon 60 min manatı milli valyutada, 5.6 faizi və ya 1 milyon 440 min manatı isə xarici valyutada olan əmanətlərin payına düşmüşdür ki, milli valyutada cəlb edilmiş əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 178 min manat və ya 1.5 dəfə, xarici valyutada cəlb edilmiş əmanətlərin həcmi isə 499 min manat və ya 1.5 dəfə çox olmuşdur. Azərbaycan Respublikasi Mərkəzi Bankinin Naxcivan MR İdarəsindən verilən məlumata görə,  2024-cü ilin yanvar-dekabr ayları ərzində regionda fəaliyyət göstərən bank və bank filiallarının emissiya etdiyi ödəniş kartları vasitəsilə ölkədaxili və ölkəxarici nağdsız əməliyyatların və onların regiondakı ödəniş xidməti şəbəkəsi vasitəsilə həyata keçirilən nağdsız əməliyyatların həcmi ümumilikdə 1 milyard 26 milyon 328 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 408 milyon 733 min manat və ya 1.7 dəfə çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728