Ötən ay 4,5 mindən artıq vətəndaşa yaşa görə əmək pensiyası təyin olunub
Bu ilin yanvar ayında 4 min 554 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, onların 54,16 faizini kişilər, 45,84 faizini isə qadınlar təşkil edib.