azturkxeber.az
http://azturkxeber.az

Bakıda 9 avtomobildən və 7 evdən 40 minlik oğurluq edən şəxsləri polis saxladı

06-02-2025

 

Xəzər rayonu və paytaxtın digər ərazilərində 9 avtomobilin şüşəsinin sındırılaraq oğurluqların edilməsi barədə polisə məlumat daxil olub. 

Azturkxəbər.az xəbər verir ki,  Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əməli törətməkdə şübhəli bilinən Əli Cəbrayılov saxlanılıb. 

Xəzər RPİ əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə müxtəlif ünvanlarda yerləşən 7 evdən oğurluq edən Kamal Mustafayev, Rüfət Kərimov, Rəfail Quliyev və dəstənin üzvü olan bir qadın saxlanılıb. 
Qeyd edək ki, dəstə üzvləri zərər çəkən ev sahiblərinə ümumilikdə 40 min manat maddi ziyan vurublar. 

Araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728