azturkxeber.az
http://azturkxeber.az

Türkiyə telekanalında Qərbi Azərbaycan həqiqətlərinə dair sənədli film nümayiş etdiriləcək

06-02-2025

Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzləri ölkə həqiqətlərinin yayılması, milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımızın təbliği məqsədilə bir sıra layihələr həyata keçirir.

Azturkxeber.az xəbər verir ki, Türkiyədə media sahəsində tanınan, vətənpərvərlik, tarix, mədəniyyət mövzularına daha çox önəm verən və bu istiqamətdə layihələr həyata keçirən “Ulusal” telekanalı ilə ölkəmizin Ankaradakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlıq çərçivəsində fevralın 7-də Qərbi Azərbaycan həqiqətlərinə dair “Nəsil ağacı” sənədli filmi nümayiş etdiriləcək.

Film Qərbi Azərbaycandan - doğma yurd yerlərindən deportasiya olunmuş soydaşlarımızdan, tanınmış ziyalılardan bəhs edir. Ekran əsərində Azərbaycan xalqının min illər boyu böyük mədəniyyət yaratdığı Qərbi Azərbaycanın tarixi, etnoqrafiyası, məşhur şəxsiyyətləri, zəngin mətbəxi, deportasiyalardan əziyyət çəkmiş insanların taleyi və bir neçə ailənin həyat hekayəsi əks olunub. Filmdə vurğulanır ki, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) azərbaycanlı əhali XX əsrdə dörd dəfə kütləvi deportasiyaya məruz qalıb və bu deportasiyalar zamanı 1 milyondan çox azərbaycanlı öz vətənlərini tərk edərək qaçqın həyatı yaşamağa məcbur olub. Buna baxmayaraq, Qərbi azərbaycanlılar öz adət-ənənələrini qoruyub gələcək nəsillərə çatdırırlar.

Filmin əsas ideyası odur ki, “Nəsil ağac”larının budaqları Azərbaycanda olsa da, onun kökləri tarixi Qərbi Azərbaycan torpaqlarındadır. Onlar böyük faciələr, çətin günlər yaşasalar da, həmişə öz doğma torpaqlarına qayıdacaqları günü ümidlə gözləyirlər.

Ssenari müəllifi Ayaz Mirzəyev olan filmin prodüseri Elnur Niftəliyevdir. Film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən türk dilinə çevrilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728