azturkxeber.az
http://azturkxeber.az

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Yay Təcrübə Proqramı”nda uğur qazanmış gənc mütəxəssislərlə görüş keçirilib

09-10-2026

Görüş zamanı AXA sədri Sərdar Hacıyev ölkəmizdə aqrar sektorun modernləşdirilməsi, elmi əsaslarla inkişaf etdirilməsi və sahə üzrə yüksək ixtisaslı kadr potensialının formalaşdırılmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, Agentlik tərəfindən mütəmadi olaraq təşkil edilən bu cür təcrübə proqramları gənclərin nəzəri biliklərini real istehsalat və sahə şəraitində tətbiq etmələri, həmçinin peşəkar vərdişlərə yiyələnmələri üçün mühüm platformadır.

Qeyd edək ki, Proqramda uğur qazanmış 7 nəfər gənç mütəxəssis Aqrar Xidmətlər Agentliyinin müvafiq sturukturlarında işlə təmin olunublar.

Xatırladaq ki, gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması, onların praktiki iş mühitinə hazırlanması məqsədilə reallaşdırılan proqram müddətində iştirakçılar baytarlıq, zoomühəndislik, aqronomluq, aqromühəndislik və torpaqşünaslıq istiqamətləri üzrə xüsusi təlimlərə cəlb olunublar. İki ay davam edən proqram ərzində gənclər Agentliyin müvafiq struktur bölmələri, laboratoriyaları və regional qurumlarının gündəlik fəaliyyəti, qabaqcıl texnologiyaların tətbiqi prosesi ilə yaxından tanış olublar.

Tədbirin sonunda təcrübə proqramını uğurla başa vuran gənclərlə xatirə şəkli çəkdirilib. Gənclər göstərilən diqqətə, eləcə də peşəkar fəaliyyətləri üçün yaradılan şəraitə görə Aqrar Xidmətlər Agentliyinin rəhbərliyinə təşəkkür ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031