Avropanın poçt operatorları Bakıda bir araya gəldi!

7–8 oktyabr tarixlərində “Azərpoçt” MMC-nin ev sahibliyi ilə keçirilən “PostEurop” Baş Assambleyası və Biznes Forumu 33 poçt operatorunu, 110-dan çox iştirakçını bir araya gətirdi. Daha 16 nümayəndə tədbirə onlayn formatda qoşuldu.
Azturkxeber.az xəbər verir ki, iki gün davam edən tədbir poçt sektorunun gələcəyinə dair fikir mübadiləsi, yeni əməkdaşlıq imkanlarının müzakirəsi və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi üçün mühüm platforma rolunu oynadı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: